O bildirib ki, İran bu müddət ərzində turist səfərlərindən 4,5 mlrd. dollar gəlir əldə edib. M.Cahanyanın dediyinə görə, İrana ən çox turist İraqdan, ikinci isə Azərbaycandan səfər edib. O, İrana ən çox səfər edən turistlərin ölkələrini sıra ilə belə açıqlayıb: “İraq, Azərbaycan, Türkiyə, Əfqanıstan, Pakistan və Türkmənistan”.