Bakıda ödəmə terminalından pul oğurlamış Abşeron rayon sakini tutulub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, martın 6-da N.Nərimanov prospektində yerləşən “Komtec LTD” MMC-nin qarşısında quraşdırılmış “Milli Ön” terminalından 1430 manat oğurlanıb.
Yasamal rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Abşeron rayon sakini Rəşad Süleymanov tutulub.