Bakının Suraxanı rayonundakı Səttar Bəhlulzadə küçəsində təmir işlərinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
P.Mürsəliyev qeyd edib ki, küçənin ümumi uzunluğu 1800 m, eni isə 9 m təşkil edir: "Hazırda yol boyu beton bardürlərin sökülərək ərazidən kənarlaşdırılması işləri aparılır. Daha sonra küçə boyu yolun əsasının yararsız vəziyyətə düşən əraziləri tam bərpa olunacaq və bardürlər dəyişdirilərək yeni asfalt-beton örtüyü salınacaq”.