Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Gənclər Mirşahinə cavab verdi - “Əgər o yaxşı jurnalist...”

Gənclər Mirşahinə cavab verdi - “Əgər o yaxşı jurnalist...”
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Şahin İsmayılov Mirşahinin nazir Azad Rəhimovu tənqid etməsinə münasibət bildirib.


Şahin İsmayılov Mir Şahinin məsələyə araşdırma aparmadan yanaşmasını təəccüblə qarşıladığını qeyd edib: “Çünki Mir Şahin həmişə cəmiyyətə özünü jurnalistlərin avanqard nümayəndəsi kimi təqdim edir. Təbii ki, bu gün Azərbaycanda fəaliyyət göstərən bir sıra təşkilatlar kimi bizim təşkilat da nazirliklə əməkdaşlıq edir. Nazirlik Azərbaycanda gənclər siyasətini həyata keçirən bir qrumdur. Mir Şahin idmanla bağlı görülən işləri qeyd etsə də, gənclərlə bağlı nazirliyin gördüyü işləri görmür. Azərbaycan gəncləri bu gün dünyanın əksər ölkələrində öz sözünü deyir və bu prosesdə Azərbaycan Gənclər və İdman nazirliyinin böyük rolu var. Mir Şahinin deməyindən belə çıxır ki, nazirlik bütün gəncləri bir araya toplamır. Ancaq bunun üçün Gənclər və İdman nazirliyində kifayət qədər işlər həyata keçirilib və həyata keçirilir. Ümumiyyətlə mən bu verilişi izləyəndə çox təəccübləndim. Mir Şahin məsələyə çox təhlilsiz yanaşıb. Mən bunu ona yaraşdırmadım. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsi var. Əgər o yaxşı bir jurnalist işini ortaya qoymaq istəyirdisə, araşdırma aparıb, nazirliyin bu sahədə gördüyü işlərə baxa bilərdi. Yoxsa məsələlərə belə səti yanaşması düzgün deyil”.



Şahin İsmayılov verilişdə nazir Azad Rəhimovun adının hallanmasına da toxunub:



“Mir Şahinin Azad müəllimin adından istifadə edib bu cür formada hallandırması düzgün deyil. Onunla ünsüyyətdə olan gənclərdən də soruşa bilərsiz ki, Azad müəllim necə insandır. O işini bilən, gənclərlə işləməyi bacaran insandır”./azxeber/



“Qafqazinfo”nun məlumatına görə, Mirşahin Ağayev dünən “Hesabat”da Azad Rəhimovu gənclərə sahib çıxmamaqda ittiham edib:



“O saat adamın ağlına belə bir fikir də gəldi ki, balam, görəsən “Facebook inqilabı”nın şəxsi heyəti sayıla bilən insanlar, o gün “Fəvvarələr meydanı”na çıxan gənclərin işi- gücü yoxdu? Və dərhal da cavab tapılır. Məlum olur ki, bu gənclərin gücü var, işi yoxdu. Onlar arasında15 sutka, 2 ay iş alanlar oldu. Amma bu artıq o iş deyil. Maraqlıdır bu gəncələrin işinin adı nədir, onlar nə işə məşğuldur və ya



Onlarla birbaşa məşğul olmalı olan Gənclər və İdman Nazirliyi nə işlə məşğuldur? Yadınıza salım ki, bu nazirliyin başında duran Rəhimovun da adı Azaddır. Elə bəlkə də bu gənclər “Fəvvarələr meydanı”nda “Azadlıq, Azadlıq” deyə çağırışlar yapanda həm də öz doğma nazirlərini çağırırdılar ki, onlara yiyə dursun, asudə vaxtlarını necə və harda keçirmək barədə məsləhət versin. Əlbəttə, gənclərin idmanla bağlı hissəsi birbaşa prezidentin nəzarətində olduğu üçün onlar vaxtaşırı Azərbaycan bayrağı qaldırır, himn səsləndirir. Amma idmandan kənar məşğuliyyətə cəlb olunan bir gənclər qrupunun qaldırdığı bayraqlar “Fəvvarələr meydanı”ndan İstanbulun və Berlinin küçələrinə Bakı aksiyalarına dəstək kimi gedib çıxır və burda dövlət himni yox, Azərbaycanın əleyhinə şüarlar səslənir.



Mən burada hələ ötən il London olimiadasında Gənclər və İdman Nazirliyinin adının hallandığı bilet satışı qalmaqalını qəsdən xatırlamıram, necə deyərlər ticarət azaddır və hərənin yaxmacı, yaxud sendvici bir yerdən çıxır”.


Teqlər:
Bu xəbər cəmi 1075 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR