17 yaşadək futbolçularadan ibarət millimizin (U-17) və "Əlincə" klubunun futbolçusu Qara Qarayevin İspaniyanın "Malaqa" klubunun düşərgəsində baxışda olduğunu xəbər vermişdik/
“Qafqazinfo” sport7.az-a istinadən xəbər verir ki, fevralın 3-dən 13-dək İspaniyanın Malaqa şəhərində hazırlıq keçmiş futbolçumuz baxışdan uğurla keçib.
Qaranı bəyənən ispaniyalı məşqçilər onun tezliklə klubun sıralarına qatılmasını xəbər göndərib. Belə ki, Qarayev U-17 millimizin bu ay Bakıda keçiriləcək Avropa çempionatının elit mərhələsindəki oyunlarında iştirak etdikdən sonra yenidən İspaniya klubunun düşərgəsinə yollanacaq. Mirbağır İsayevin yetirmələri isə martın 22-də qrupdakı son oyununu Serbiyaya qarşı keçirəcək. Məhz bundan sonra Qara Pireney yarımadasına üz tutacaq.
Yeri gəlmişkən, dünən 17 yaşını tamamlamış Qara "Malaqa"nın U-17 komandası ilə məşq edəcək. Avropa Birliyindən olmadığı və 18 yaşı tamam olmadığı üçün onunla hələ müqavilə bağlanmayacaq. O yalnız gələn ildən "Malaqa"nın uğurları üçün tər tökə biləcək.