Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Avropa Oyunlarına görə Polşa telekanalı ilə saziş imzalandı

Avropa Oyunlarına görə Polşa telekanalı ilə saziş imzalandı


Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi bu yay keçiriləcək birinci Avropa Oyunlarının Polşada yayımını təmin etmək üçün “Polsat” idman kanalı ilə saziş imzalayıb. 



“Qafqazinfo” xəbər verir ki, sazişə əsasən Polşanın ən böyük özəl televiziya şəbəkəsi olan “Polsat” Avropa Oyunlarını hər gün azı altı saat müddətində, o cümlədən, gündəlik əsas məqamları yayımlayacaq. Möhtəşəm Açılış və Bağlanış Mərasimləri həmçinin nümayiş etdiriləcək.



 



Digər mühüm üstünlüklərlə yanaşı, “Polsat”  UEFA Avropa Təsnifat Yarışlarının, UEFA Avropa Kubokunun (2016), Uimbldon tennis turnirlərinin, Şosse velosiped üzrə dünya çempionatının (2015), 2015-ci və 2017-ci illərdə Polşada keçiriləcək Avropa Voleybol Çempionatlarının və Kişi Avropa Həndbol Çempionatının (2016) yayımını təmin edən yeganə kanaldır.



Avropa Oyunlarının Əməliyyatlar üzrə baş icraçı direktoru  Saymon Kleq də bu barədə danışıb: "Birinci Avropa Oyunlarının “Polsat” və “Polsat Sport” kanalları vasitəsilə polşalı idmansevərlərə nümayiş etdiriləcəyi xəbəri məni çox sevindirdi. Məqsədimiz Avropa Oyunlarını mümkün qədər geniş tamaşaçi auditoriyası arasında bölüşməkdir və bu məqsədə nail olmaq üçün səylə işləməyə davam edəcəyik."



Bu sazişin bağlanması ilə Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi Amerika Birləşmiş Ştatları, Çin, və Ərəb ölkələri daxil olmaqla dünyanın 53 ölkəsində yayımlanmasını təmin edəcək sazişilərin bağladığını elan etmiş oldu.



“Polsat” kanalının idman departamentinin rəhbəri  Pyotr Paykel yayım hüququnu əldə etdikləri üçün fəxr etdiyini bildirib: "Avropa Oyunları beynəlxalq idman təqviminidə son 50 ildə keçirilmiş ən mühüm tədbirlərdən biridir və bağladığımız saziş polşalı idman azarkeşlərinə Oyunlarda iştirak edəcək idmançıların çıxışlarını izləməyə imkan yaradacaq. “Polsat” vasitəsi ilə Bakı 2015 yarışlarını Polşaya yayımlamaq üçün bizə verilən ekslüziv hüquqla fəxr edirik və səbirsizliklə möhtəşəm 17 günlük yarışların yayımlanacağını gözləyirik."



Polşa Milli Olimpiya Komitəsinin prezidenti Andjey Kraşnitski kanalın yayım hüququ əldə etməsindən məmnunluq ifadə edib: "Avropa Oyunları idman dünyasında mühüm bir hadisədir və ən az 12 idman növü üzrə idmançılara Olimpiya oyunlarına təsnifat imkanı verəcək. Avropa Oyunları polşalı idmançıların beynəlxalq arenada mübarizə aparması üçün mükəmməl imkandır və Polsat kanal vasitəsilə bu cür tədbiri yayımlanacağı xəbərini duymaq çox xoşdur."


Teqlər:
Bu xəbər cəmi 1650 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR