Türkiyə-Azərbaycan təlimində təyyarə qəzaya düşdü- 2 şəhid
Türkiyə və Azərbaycan Hava Qüvvələrinin birgə keçirdikləri "TurAz Şahini 2015" təlimləri zamanı qəza baş verib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, təlim zamanı döyüş təyyarəsi qəzaya uğrayıb və nəticədə 2 pilot dünyasını dəyişib.
Daha əvvəl Türkiyə mediası bir pilotun təyyarədən paraşütlə tullandığını, digərindən isə xəbər olmadığını yazsa da, qəzanın yaşadığı Konyanın valisi 2 pilotun şəhid olduğunu təsdiqləyib.
Qeyd edək ki, döyüş təyyarəsi Türkiyə Hava Qüvvələrinə məxsusdur.
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək.
Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib.
Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək.
O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
Ölkəmizdə insanların sağlamlığına verilən önəm, bu sahəyə dövlətin və şəxsən ölkə başçısının diqqət və qayğısı səhiyyəmizin bugünkü yüksək inkişafında bir güzgü kimi əks olunur.