Azərbaycan Respublikasının Milli Qəhrəmanı Elgiz Kərimov adına şəhər 4 saylı tam orta məktəbin idman meydançasında Bərdə rayon Gənclər və İdman idarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər məktəblərinin komandaları arasında “5 mart- Bədən tərbiyəsi və İdman günü” münasibətilə çoxnövçülük üzrə şəhər birinciliyi keçirilib.
“Qafqazinfo” xəbər verir ki, birincilikdə Gənclər və İdman idarəsinin baş məsləhətçisi Aydın Qasımov və Təhsil şöbəsinin metodisti İsa Abbasov iştirak ediblər. 5 oğlan və 5 qızdan ibarət komandalar sıra hazırlığı, turnikdə dartınma, qumbara atma, kəndirə dırmanma və s. növlər üzrə yarışıblar.