“Google” yeni “Android Pay” ödəmə xidmətinin istifadəyə verilməsinə hazırlıq aparır. Bu məqsədlə şirkət Amerikanın üç ən böyük mobil rabitə operatoru (“AT&T”, “T-Mobile” və “Verizon”) ilə saziş imzalayıb.
“Qafqazinfo” ıctnews.az-a istinadən xəbər verir ki, həmin operatorlar satılan “Android” smartfonlara öncədən sistem quraşdıracaqlar. Bu ilin mayında “Android Pay” ödəmə xidmətinin rəsmi elanı gözlənilir.
“Google”un bu təşəbbüsü elektron ödənişlər bazarında öz mövqeyini gücləndirmək üçün nəzərdə tutulub. Hazırda “Google Wallet” xidməti böyük populyarlığa malik deyil, ancaq ABŞ şirkəti satın aldığı startapların texnologiya və əqli mülkiyyətinin hesabına ödəmə xidmətinin imkanlarını yaxşılaşdırmağı planlaşdırır.
Məlum olub ki, “Android Pay” kənar mobil proqramlarda işləyəcək. Platforma alış-verişin kontaktsız ödənişi üçün “NFC” çipləri ilə təchiz edilmiş ödəmə terminalları ilə uyğun olacaq.