Prezident İlham Əliyev Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
“Qafqazinfo” xəbər verir ki, sərəncama görə, Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafında səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AzərTAc-ın) aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilib:
Bayramov Rəşid Oruc oğlu
Əliyev Məzahir Təriş oğlu
Əliyeva Kifayət Salman qızı
İbadov Suvar İnayət oğlu
Qədilli Fuad Adil oğlu
Quliyeva Səriyyə Qədir qızı
Vəliyeva Aidə Əlibala qızı
***
Prezidentin digər sərəncamı ilə AzərTAc-ın aşağadakı əməkdaşlarına fəxri adlar verilib.
“Əməkdar mədəniyyət işçisi”
Quluzadə Yaşar Mahmud oğlu
Qurbanova Gülzaman Kamil qızı
Yusifov Səlahət Şahsuvar oğlu
“Əməkdar jurnalist”
Həsənova Aygün Vəzir qızı
Sadıxlı Nərgiz Murtuz qızı
“Əməkdar mühəndis”
Əliyev Azər Həsən oğlu
Qeyd edək ki, bu il AzərTAc-ın yaranmasının 95 ili tamam olur.