Azərbaycan Avropa Olimpiya oyunlarında ölkəmizə gələcək bütün 50 dövlətin olimpiya yığmalarının nəqliyyat və digər xərclərini öz üzərinə götürəcək.
Bu sözləri haqqın.az-a açıqlamasında Milli Olimpiya Komitəsinin birinci vitse-prezidenti Çingiz Hüseynzadə deyib. Onun sözlərinə görə, idmançıların xərclərinin qarşılanması Avropa Olimpiya Komitəsi ilə bağlanmış razılaşmaya əsasən baş tutacaq.
Qeyd edək ki, The Guardian nəşrinin yazdığına görə, Britaniya Olimpiya Assosiasiyası Bakıya ötən il Soçidə keçirilən Olimpiya oyunlarından 3 dəfə çox-160 atlet idmançı göndərəcək. Ümumilikdə 5 min atlet 18 olimpiya və qeyri-olimpiya idman növündə yarışacaq.