Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Şadlıq evləri toy qadağasından xəbərsizdir

Şadlıq evləri toy qadağasından xəbərsizdir


İyunun 12-dən 28-dək Bakıda keçiriləcək Birinci Avropa Oyunları ilə əlaqədar paytaxtda yerləşən şadlıq saraylarına toy mərasimləri üçün sifariş qəbul etməmək barədə xəbərdarlıq olunub. Belə ki, həmin günlərdə Bakıda toy mərasimləri keçirilməyəcək. Yarışmanın başa çatmasından bir neçə gün sonra isə Ramazan ayı daxil olacaq. 



"Bu ərəfədə toyların və yasların keçirilməsi məqsədəuyğun deyil"



Bakı şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Azadlıq Radiosuna verdiyi açıqlamada xəbəri təsdiqləyib. Polkovnik bu addımın Olimpiya Oyunları günlərində yol-nəqliyyat hadisələrinin qarşısını almaq üçün atıldığını vurğulayıb: "Ən azından ölkədə olan qonaqların, idmançıların, tədbir iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsinin vacibliyini hər kəs anlayır. Bu tədbirlərin keçiriləcəyi ərazidə avtomobillərin hərəkətinin məhdudiyyəti, nəqliyyatın istiqamətinin dəyişdirilməsi istər-istəməz sıxlıq yaradacaq. Yollar bağlıdırsa, toy necə ola bilər? Bu ərəfədə toyların keçirilməsi məqsədə uyğun deyil".



Vaqif Əsədov nəqliyyata maneə törədən başqa bir səbəbi də qeyd edib. O, yas mərasimləri üçün qurulan çadırların da nəqliyyatın hərəkətinə əngəl törətdiyini bildirib: "Yas mərasimləri keçirilən zaman yolun hərəkət hissəsində qurulan çadırlar nəqliyyatda sıxlıq yaşadır. Bu "Yol hərəkəti haqqında qanun"un tələblərinə ziddir. Bunu edənlər məsuliyyətə cəlb edilir. Bu günə qədər yas çadırlarına görə inzibati protokol tətbiq edilməyib, tövsiyələr verilib. Çox yerdə mərasim zalları var. Bildiyimə görə, qiymətlər də çox münasibdir. Xahiş edirəm ki, yasların keçirilməsi ilə bağlı mərasim zallarından istifadə edilsin. Avropa oyunları zamanı isə yollarda çadırların qurulması mümkünsüz olacaq".



Vaqif Əsədov deyir ki, nəqliyyatın tənzimlənməsi üçün qeyd edilən vaxtlarda yük maşınlarının hərəkətinə qadağa qoyulması nəzərdə tutulur. Hətta bir müddət paytaxt ərazisində avtomobillərin hərəkətinə də məhdudiyyət qoyulacaq. Məhdudiyyət rejimini tətbiq etmək üçün artıq Bakı Şəhər İcra Hakimiyyəti xüsusi buraxılış vərəqələri hazırlayıb. Bu vərəqələr yalnız müəyyən ərazidə yaşayan sakinlərin və fəaliyyət göstərən obyektlərin xidməti avtomobillərinə şamil olunacaq.



Şadlıq saraylarına xəbərdarlıq göndərilibmi?



“Qafqazinfo” xəbər verir ki, “Bizim Yol” qəzeti məsələ ilə bağlı restoranlarla əlaqə saxlayıb. "Ağ çiçəyim" şadlıq sarayından bildirildi ki, onlara olimpiya oyunları zamanı toyların keçirilməsinə qadağa qoyulması ilə bağlı heç bir xəbərdarlıq göndərilməyib: "Hələ ki bununla bağlı bir bildiriş yoxdur. Həmin tarixlərdə toy üçün müraciət edənlər də var artıq".



"Mono Liza" şadlıq sarayından da bildirdilər ki, onlara toyların keçirilməsinə qadağayla bağlı hər hansı bir məktub daxil olmayıb: "İyunun 12-28 tarixləri üçün toy etmək istəyən insanlar artıq sarayımıza müraciət ediblər".



"Ay işığı" şadlıq sarayından bildirdilər ki, rəsmi olaraq heç bir bildiriş almayıblar: "Camaatın danışığından bilirik ki, olimpiya oyunları zamanı toylara qadağa qoyulub. Həmin vaxt üçün isə toya görə müraciət edən insanlar var".



"Mirvari Plaza" şadlıq sarayından bildirdilər ki, onlara da rəsmi xəbərdarlıq olunmayıb. Həmin tarixlərdə toy etmək istəyən cütlüklər isə artıq şadlıq sarayına müraciət ediblər: "Bir neçə şadlıq evlərinə artıq qadağa qoyublar. Əgər bizim oyunların keçirilməyinə, gediş-gəlişə maneçiliyimiz yoxdursa, əlbəttə ki, düzgün qərar deyil. Oyunların keçiriləcəyi stadionlara yaxın olan şadlıq evlərinə qadağa qoyulmalıdır. Biz kənarda yerləşiriksə, heç bir maneçiliyimiz yoxdursa, bizə niyə qadağa qoyulsun?"



"Meridian" şadlıq sarayından bildirdilər ki, qadağayla bağlı heç bir rəsmi xəbərdarlıq edilməyib: "Bununla bağlı bizə rəsmi məlumat verilməyib. Əgər rəsmi məlumat daxil olmasa, həmin vaxtı toylar baş tutacaq. Və artıq toy üçün müraciət edənlər var".



"Əgər toylara və yaslara qadağa qoyulsa..."



Hüquqşünas Müzəffər Baxışov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, olimpiya oyunları zamanı toy və yas mərasimlərinə qadağa qoyulması tamamilə qanunsuzdur: "Bunlar söz-söhbətdir. Rəsmi qadağa yoxdur. Ancaq yol polisi bununla bağlı fikir səsləndirib. Tamamilə qanunsuzdur. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsinin kobud şəkildə pozulmasıdır. 71-ci maddə insan, vətəndaş hüquq və azadlıqlarının təminatı məsələlərindən bəhs edir. Həmin kontitusiyanın 71-ci maddəsinin 3-cü hissəsinə görə, yalnız müharibə, hərbi vəziyyət, fövqəladə vəziyyət və səfərbərlik elan edilərkən insan, vətəndaş hüquqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq göstərişləri nəzərə almaq şərti ilə qismən və ya müvəqqəti məhdudlaşdırıla bilir. Həyata keçirilməsi məhdudlaşdırıla bilən hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir".



M.Baxışov deyir ki, nikaha daxil olma, toy mərasimləri keçirmə insanların təbii hüququdur. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsində nikah hüququ da təsbit olunub: "Əgər kimsə olimpiya oyunlarına görə kimlərəsə toy edilməsinin qadağan ediləcəyini bildirirsə, bu, Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin 3-cü hissəsinin kobud şəkildə pozulması deməkdir. Çünki Konstitusiyanın 34-cü maddəsinə görə hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ vardır. Demək istəyirəm ki, nikah, toy mərasimlərinin keçirilməsi konstitusion hüquqdur. Konstitusiya yalnız 4 halda insan, vətəndaş hüquqlarının məhdudlaşdırıla biləcəyini deyir. Bu isə qismən və ya müvəqqəti ola bilər. Olimpiada, idman yarışları, beynəlxalq tədbirlər və s. kimi məsələlərlə bağlı insan, vətəndaş hüquqlarının məhdudlaşdırılması sırf qanunsuzdur. Düzdür, bizdə "Sərbəst toplaşma azadlığı haqqında" qanunda beynəlxalq tədbirlər zamanı mitinq, küçə yürüşlərinə müəyyən qadağaların qoyulması nəzərdə tutulub. Bu da Konstitusiyaya ziddir. Əgər toylara və yaslara qadağa qoyulsa, bu, tamamilə qanunsuz olacaq".


Teqlər:
Bu xəbər cəmi 1210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR