Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Müxalifət Xocalı şəhidlərini yad edəcək

Müxalifət Xocalı şəhidlərini yad edəcək
Ölkə müxalifətinin bu 26 fevralla bağlı tədbirlər planı var

Yaxın günlərdə dünyanın ən dəhşətli soyqırımlarından biri olan Xocalı faciəsinin növbəti ildönümü olacaq. 23 il öncə fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal etdi. 


 


Şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəldi. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü.


 


26 fevral günü saat 17:00-da ölkəmizdə Xocalı qurbanları bir dəqiqəlik sükutla yad ediləcək. Dövlət bayraqlarımız endiriləcək.


 


Ölkə müxalifətinin bu günlə bağlı tədbirlər planı var. Demokratik düşərgə Xətai metrostansiyası üzərində Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət edəcək. 


 


Müsavat Məclisinin sədri Nüşabə Sadıxlı partiyanın tədbirlər planından danışdı: “Müsavat Divanında bu məsələ müzakirə olundu. Təbii ki, hər olduğu kimi, bu il yenə də partiyanın Xocalı şəhidləri ilə bağlı tədbirlər planı var. 26 fevralda Müsavat “Ana harayı” abidəsini ziyarət edəcək. Qərargahda da tədbir keçirmək planlaşdırılır”. 


 


Milli Şura saat 12-də ziyarət təşkil edəcək. Bununla bağlı sosial şəbəkələrdə event yaradılıb. Çağırış eventində bu sözlər yer alır: “Hər il olduğu kimi, bu il də Milli Şura Xocalı soyqırımının ildönümü münasibəti ilə, Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış, Ana Fəryadı abidəsini ziyarət edəcəkdir. Hamınızı bu ziyarətə qoşulmağa dəvət edirik.


 


Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir”.


 


Ümid partiyası 125-lər Siyasi Klubu ilə birlikdə Xocalı qurbanlarını anacaq. Partiyanın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamilla Qulamı qərargahda tədbir təşkil olunacağını qeyd etdi: “Həmin gün partiyamızın qərargahında Xocalı faciəsi ilə bağlı tədbir keçiriləcək. 125-lər Siyasi Klubu ilə birlikdə Xocalı qurbanlarını ziyarət edəcəyik”.


 


VHP Ali Məclisinin katibi Asif Şəkərli partiyanın sədri Sabir Rüstəmxanlının Xocalı faciəsi ilə əlaqədar Türkiyədə keçirilən tədbirlərə qatıldığını söylədi: “Xocalı faciəsi ilə bağlı VHP sədri Sabir Rüstəmxanlı Türkiyədə təşkil olunan anım tədbirlərinə qatilmaq üçün qardaş ölkədədir. Artıq dünəndən o, tədbirlərə qatılıb. Taksimdəki yürüşdə iştirak edib. Türkiyənin bır sıra nüfuzlu universitetlərindəki tədbirlərə qatılıb, çıxış edəcək. Həmçinin 26 fevral günü VHP Ali Məclisinin sədri Rafiq Manaflının rəhbərliyi ilə partiya üzvləri “Ana harayı” abidəsini ziyarət edəcəklər. VHP sədrinin müavini, millət vəkili Fəzail İbrahimli də Xocalı ilə bağlı bir sıra dövlət tədbirlərində partiyanı təmsil edəcək. Bundan əlavə, VHP Xocalı rayon təşkilatının təşkilatçılığı ilə də Gəncədə anım tədbiri təşkil ediləcək”.

Teqlər:
Bu xəbər cəmi 1230 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR