Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Səbaildə Xocalı faciəsinin 23-cü ildönümü anıldı

Səbaildə Xocalı faciəsinin 23-cü ildönümü anıldı


Xocalı faciəsinin ildönümü Bakı şəhərinin Səbail rayonunda geniş şəkildə qeyd olunur. Tədbirlər çərçivəsində rayonun ali məktəblərində anım tədbirləri keçirilib, Dövlət Gənc Tamaşaçılar Teatrında və Badamdar Mədəniyyət evində faciəyə həsr olunmuş tamaşalara ictimai baxış təşkil olunub. 



 



"Qafqazinfo"ya daxil olan məlumata görə, faciənin ildönümü ərəfəsində Səbail rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakı Oksford məktəbinin yeni istifadəyə verilmiş binasında Xocalı faciəsinə həsr olunmuş tədbir və Xocalı şəhərindən köçkün düşərək Səbail rayonda məskunlaşmış 22 ailənin nümayəndələri ilə görüş keçirilib.  



Əvvəlcə qonaqlar məktəbin foyesində Xocalı faciəsinə həsr olunmuş şagirdlərin əl işlərindən ibarət sərgi ilə tanış olublar. muşlar. 



Sonra Bakı Oksford Məktəbi şagirdlərinin ifasında Xocalı faciəsinə həsr olunmuş tamaşa nümayiş etdirilmiş və zala toplaşanlar tamaşanı böyük maraqla izləmişlər.



Mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan xalqının qan yaddaşı olan Xocalı faciəsi, ermənilərin zaman-zaman xalqımıza qarşı törətdikləri vəhşiliklər və Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimayiyyətinin nəzərinə çatdırılması üçün  görülməsi vacib olan işlər barədə ətraflı məlumat verib.  



Həmçinin qeyd olunub ki, fevral ayının 26-da rayonun sənaye, təhsil, səhiyyə və s. müəssisələrin kollektivlərinin «Xocalı harayı» abidəsinin ziyarəti təşkil ediləcəkdir. Həmin gün rayondakı məscidlərində Xocalı faciəsi zamanı şəhid olmuş soydaşlarımızın ruhuna dualar oxunacaq, «Bibiheybət» və İçəri şəhər «Cümə» məscidlərində ehsanlar veriləcəkdir.



Tədbirdə çıxış edən Xocalı rayon İcra Hakimiyyətinin nümayəndəsi Xəlil Vəliyev  və başqaları  ölkə rəhbərliyinin səyləri ilə Xocalının azad olunacağı günü səbirsizliklə gözlədiklərini və bu günün tezliklə gələcəyinə əmin olduqlarını bildiriblər. 



Tədbirin sonunda Səbail rayonunda məskunlaşmış Xocalı köçkunlərinə rayon İcra Hakimiyyəti tərəfindən  maddi və ərzaq yardımları  göstərilib.


Teqlər:
Bu xəbər cəmi 1550 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR