İqtisadçı ekspert Azər Mehtiyev növbəti dəfə Mərkəzi Bankın verdiyi qərarın mahiyyəti barədə açıqlama yayıb.
“Qafqazinfo” xəbər verir ki, ekpert sosial şəbəkədə bildirib ki, baş verənlərin izahı əslində budur: “2015-ci ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 10 milyard 388 milyon manatın transfer edilməsi nəzərdə tutulub. büdcə qəbul edilən zamankı kursla bunun üçün təqribən 13 milyard 318 milyon manat lazım idi. Bugünkü kursla isə bunun üçün 9,9 milyard dollar lazım olacaq. Fərq 3,4 milyard dollar. Bircə addımla bu qədər "qabağa düşdülər". İl ərzində orta məzənnə kursu bir qədər də aşağı düşsə, 4 milyardlıq fərq yarana bilər. Neft Fondunun kəsirini belə həll edirlər...
Buna qiymətlərin qalxması və inflyasiya hesabına əldə ediləcək əlavə "inflyasiya vergisini" də əlavə edin. Bu da olacaq, qeyri-neft sektorunun inkişafı hesabına vergi daxilolmalarının artması... Yerli istehsalın inkşafına bu cür nail olacaqlar!!!”.