Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ARDNŞ söküləcək evlərlə bağlı məsələyə aydınlıq gətirdi

ARDNŞ söküləcək evlərlə bağlı məsələyə aydınlıq gətirdi
Eldar Orucov: “Sakinlər SOCAR-ı yox, bələdiyyələri məhkəməyə verməlidirlər”

“Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) 30 mindən artıq qanunsuz evin sökülməsi üçün məhkəmələrə müraciət olunub”. Bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib. 


 


ARDNŞ rəsmisinin sözlərinə görə, Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb.


 


Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə mövcuddur. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi il bağlı qətnamə çıxarılıb. 


 


Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500 yaxın evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. 


 


ARDNŞ rəsmisi onu da bildirib ki, haqqında qətnamə çıxarılan evlərin sökülməsi hələ də icra edilməyib.


 


Məsələ ilə bağlı, musavat.com-a açıqlama verən Neftçilərin Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Mirvari Qəhrəmanlı bildirdi ki, bu proses 2005-2006-cı illərdən başlayıb və hazırda yenidən gündəmə gəlib: “ARDNŞ-ə məxsus ərazilərdə - Binəqədi, Balaxanı, Bibiheybət və sair kimi ərazilərdə yaşayış evləri tikilib. Ancaq həmin evlər 3 ilin, 5 ilin evi deyil, orada sovet dövründən qalma evlər var. Elə sahələr var ki, oranı sahə müvəkkilləri satıb. Dövlət Neft Şirkətinə məxsus olan ərazidə ev tikən şəxslərin heç biri dövlətdən icazəsiz tikməyib. Hər birinin bələdiyyədən sənədi var. Elə insanlar da var ki, ona bələdiyyə işçiləri torpağı satıb və savadsız insan olduğundan sənədlərini düzgün tərtib etməyib. Ancaq orada heç kim özbaşına hər hansı ərazini hasara alıb, ev tikməyib”. 


 


QHT sədrinin sözlərinə görə, burada bələdiyyələrin də günahı böyükdür, onlar özlərinə aid olmayan ərazi ilə bağlı saxta sənəd verərək, insanları aldadıblar: “İnsanların burada ən böyük günahı qanunları və öz hüquqlarını bilməməsidir. Kompensasiyaya gəlincə, ARDNŞ-in bazasında olan belə ərazilər çoxdur və uzun illərdir ki, məhkəmə prosesləri davam edir. Qanunvericiliyə əsasən, evlərin sökülməsi haqda qərar verilməzdən öncə ev sahibinə bu haqda məlumat verilməli və kompensasiya ödənilməlidir. Ancaq sakinlər özləri də məhkəməyə müraciət etməlidirlər. Çünki onlara ödəniləcək kompensasiyalar torpağa görə yox, dəymiş ziyana görə ödəniləcək”.


 


Mirvari Qəhrəmanlı bildirdi ki, hazırkı durumda söküntü proseslərinin sürətlə gedəcəyi gözlənilmir: “Çünki söküntü prosesi 7-8 ildir ki, davam edir. Bu müddət ərzində sökülən evlər də var, haqqında məhkəmə qərarı çıxan, lakin icra edilməyən evlər də var. Ancaq indiki dövrdə insanları kütləvi şəkildə evlərindən çıxarıb, bayıra atmazlar. Ancaq insanlar məhkəməyə müraciət edib, dəymiş ziyanın ödənilməsini tələb edə bilərlər. Hazırki məhkəmə işlərində isə ARDNŞ məhkəməyə müraciət edir və sübuta yetirir ki, həmin ərazilər onlara məxsusdur. Məhkəmədə qarşı tərəf geoloq rəyi də tələb edə bilər ki, onun evinin olduğu ərazi neftli sahədir, yoxsa yox... Vətəndaşlar məhkəmələrə gəlməkdən çəkinməməlidir. Bəzən onlar məhkəməyə dəvət olunsalar da, gəlmirlər. Bununla da öz haqlarını itirirlər”.


 


Qeyd edək ki, bu məlumatın ardından ARDNŞ rəsmiləri mətbuata açıqlamalarında bəzi tikililərin leqallaşdırıla biləcəyini vurğulayıblar. ARDNŞ-in Hüquq İdarəsinin rəisi Eldar Orucov bildirib ki, layihə çərçivəsində bəzi tikililər tanına bilər: “Mədən ərazilərində bəzi tikililər var ki, onlara hüquqi status verilə bilər. Lakin tikililərin sayının artmaması və mülkiyyət hüququ verilməməsi şərtilə bu proses reallaşa bilər. Çünki bu ərazilərdə tikililər sökülsə belə, orada quyuların istismarı sərf etmir. Bu səbəbdən layihə üzərində iş gedir. Layihə gerçəkləşərsə, ARDNŞ-in nəzdində olan bəzi qanunsuz tikililər tanınacaq. Amma bəzi ərazilər var ki, orada quyuları belə, təmir edə bilmirik. Layihə bu ərazilərə şamil olunmayacaq”.


 


Zəbt olunmuş torpaqlarla bağlı məhkəmə müraciətlərinə toxunan E.Orucov sakinlərin SOCAR-ı yox, bələdiyyələri məhkəməyə verməli olduğunu deyib: “Şirkət nəzdində olan torpaqlarda tikinti aparan sakinlər bizi məhkəməyə verir. Onlarda belə bir fikir formalaşıb ki, məhkəmə yolu ilə SOCAR kompensasiya ödəyəcək. Bələdiyyələr isə məhkəməyə verilmir”.

Teqlər:
Bu xəbər cəmi 1315 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR