Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Nazirlik: Azərbaycanda A-93 benzini yoxdur

Nazirlik: Azərbaycanda A-93 benzini yoxdur
Azərbaycandakı yanacaqdoldurma məntəqələrində A-93 adı ilə satılan benzinin standartlara uyğun olmadığını rəsmən təsdiqlənib.


Elçin Abbasov adlı vətəndaş "Azpetrol" yanacaqdoldurma məntəqələrində satılan A-93 markalı benzinin hansı standartlara uyğun olduğunu öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətinə məktubla müraciət edib. Martın 15-də xidmətin rəis müavini Araz Əliyevdən məktuba rəsmi cavab gəlib.



Cavabda bildirilir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı texniki normativ hüquqi aktlara əsasən, respublikada istehsal olunan benzinlər A-80, A-92 və A-95 markalı benzinlər olduğu müəyyən edilib. Bununla bağlı "Azpetrol LTD" MMC-yə göstəriş verilib. Şirkət isə yanacaqdoldurma məntəqələrində "A-93" yazılarının "A-92" ilə əvəz olunacağı barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətini məlumatlandırıb.



Məktubda o da bildirilir ki, A-93 adı ilə benzin satan digər yanacaqdoldurma məntəqələri ilə bağlı tədbir görülür.


Teqlər:
Bu xəbər cəmi 2070 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR