Təkcə Binəqədi rayonunda 10 min evin sökülməsi ilə bağlı məhkəməyə müraciət olunacaq. “Azərbaycan Dövlət Neft Şirkəti tərəfindən (ARDNŞ) qanunsuz evlərin sökülməsi ilə bağlı məhkəmələrə minlərlə müraciət olunub”.
Fins.az-ın Lent.az-a istinadən məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ-in Hüquqi mübahisələr və müqavilələrlə iş şöbəsinin rəisi Comərd Mustafayev deyib.
ARDNŞ rəsmisinin sözlərinə görə, qanunsuz evlərin sökülməsi ilə bağlı ən çox Binəqədi rayonu üzrə müraciət edilib:
“Binəqədi rayonu üzrə 9392 evin sökülməsi ilə bağlı müraciət var. Hazırda onlardan 4172-i ilə bağlı məhkəmədə qətnamə çıxarılıb. Bundan əlavə, 10 minə yaxın evin sökülməsi ilə bağlı da müraciət olunacaq”.
C.Mustafayev həmçinin Bakı və Bakıətrafı rayonlarla görə edilən müraciətlərlə bağlı çıxarılan qətnamələrin statistikanı açıqlayıb:
“Səbayel rayonu üzrə 2 min evin sökülməsi ilə bağlı qətnamə çıxarılıb. Sabunçu rayonu üzrə 6321 evin sökülməsi ilə bağlı müraciət olunub və bunlardan 4500-ə qədər evin sökülməsi il bağlı qətnamə çıxarılıb. Xətai rayonu üzrə 444, Nizami rayonu üzər 179 evlə bağlı müraciət olunub, 141 evlə bağlı qətnamə var. Xəzər və Qaradağ rayonları üzrə 1500 yaxın evin sökülməsi iılə bağlı qətnamə çıxarılıb”
ARDŞ rəsmisinin bildirib ki, qətnamə çıxarılan evlərin sökülməsi hələ icra edilməyib.