Yunanıstan avro bölgəsindən yardım anlaşmasının 6 ay uzadılmasını tələb edib. Yunanıstanın baş naziri Alekis Sipras seçiləcəksə, Avropa ilə “yeni bir anlaşma”ya getməyəcəklərini, yeni müqavilənin imzalanmayacağını bildirmişdi. Beynəlxalq kredit derecelendirme təşkilatı olan “Fitch Ratings” isə bildirmişdi ki, Yunanıstanın rəsmi kreditorlarla müzakirələrində gərginlik siyasəti ölkənin kredit profili ilə bağlı riskləri artırır.
Yunanıstanın mövcud maliyyə proqramının uzadılması üçün müraciət etdiyinə dair xəbərlərin olduğunu açıqlayan “Fitch” müzakirələrin getdiyini bildirib. Bildirilir ki, maliyyə nazirlərinin təşkil etdiyi yığıncaqda razılaşmanın olmamasından sonra qeyri-müəyyənlik davam edir. Üzv ölkələrin bu şərtləri qəbul edib-etməyəcəyi dəqiq deyil.