Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Xocalı soyqırımı ilə bağlı böyük kampaniya başlayıb

Xocalı soyqırımı ilə bağlı böyük kampaniya başlayıb


Azərbaycan diasporu dünyanın əksər ölkələrində erməni vəhşiliklərinin beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə tədbirlər keçirəcək 



 



 


Xocalı soyqırımının 23-cü ildönümü bu il dünya ölkələrində yaşayan soydaşlarımız, Azərbaycan diaspor təşkilatları tərəfindən geniş miqyasda qeyd olunacaq. Soydaşlarımız bu tədbir və aksiyalarla 23 il əvvəl Azərbaycan xalqının məruz qaldığı qətliamı, erməni vəhşiliklərini yaşadıqları ölkənin ictimaiyyətinə və xalqına çatdırmağa çalışacaq. 


 


Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, Azərbaycan diaspor təşkilatları Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasında da aktiv iştirak edəcək. Belə ki, ABŞ-ın Nyu-York şəhərində - BMT-nin mənzil qərargahının, Vaşinqtonda isə Ermənistan səfirliyi qarşısında etiraz aksiyalarının keçirilməsi, Los-Anceles, San-Fransisko, Hyuston, eləcə də digər şəhərlərdə yerli və xarici gənclər arasında faciə ilə bağlı debatların, konfrans, dəyirmi masa və anım mərasimlərinin təşkili planlaşdırılıb.  


 


Soyqırımın 23-cü ildönümü ilə əlaqədar Almaniya, Niderland, Belçika, Danimarka, İsveçrə, Polşa, İsveç, Finlandiya, Latviya, Litva, Estoniya, Rumıniya, Macarıstan, Çexiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən Xocalı soyqırımına həsr olunmuş müxtəlif səpkili tədbirlərin reallaşdırılması nəzərdə tutulub. Avropanın bir sıra şəhərlərinin mərkəzi küçə və meydanlarında yürüş, etiraz aksiyaları keçiriləcək, bəzi şəhərlərin ictimai nəqliyyatında Xocalı soyqırımından bəhs edən videoçarxın nümayişi, fotosərgilərin təşkili, fotostendlərin qurulması planlaşdırılıb.  


 


Bundan başqa, bir sıra ölkələrin yerli kütləvi informasiya vasitələrində Xocalı soyqırımının ildönümünə həsr olunmuş materialların dərci nəzərdə tutulub. Xocalı faciəsinin 23-cü ildönümü ilə əlaqədar Rusiyanın, Ukraynanın bir çox bölgələrində, Belarus və Moldovada da faciəyə həsr olunmuş silsilə tədbirlər keçiriləcək. Faciənin növbəti ildönümü ilə əlaqədar Türkiyə, Gürcüstan, Qazaxıstanda geniş təbliğat kampaniyasının aparılması da nəzərdə tutulub. 


 


Belçika, Niderland və Lüksemburqdakı 15-ə yaxın Azərbaycan diaspor təşkilatını özündə birləşdirən Benilüks Azərbaycanlıları Konqresi isə oyqırımla əlaqədar Avropa institutlarının rəhbərlərinə və Avropa Parlamentinin 751 üzvünə ünvanlanmış bəyannamə qəbul edib. 


 


Bəyannamədə dünya ictimaiyyətinin, xüsusilə Avropa ölkələri parlamentlərinin, beynəlxalq təşkilatların diqqətinə çatdırılır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilmiş kütləvi qırğın ən ağır cinayətlərdən biridir. Bir gecədə şəhərin əksəriyyəti yaşlı, uşaq və qadın olan 613 dinc sakininin vəhşiliklə qətlə yetirilməsi XX əsrin ən dəhşətli faciəsidir. Benilüks Azərbaycanlıları Konqresi dünya ictimaiyyətinə müraciət edərək insanlığa qarşı törədilmiş Xocalı soyqırımını tanımağı və günahkarların ədalət məhkəməsinə çağırılmasını tələb edir. 


 


Bəyannamə müəllifləri, həmçinin beynəlxalq təşkilatları və Avropa parlamentarilərini öz nüfuzundan istifadə edərək bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün doğma torpaqlarına təhlükəsiz qayıtmasını təmin etməyə çağırırlar. Bəyannamə Avropa Parlamenti, Avropa Komissiyası və Avropa Şurasının sədrlərinə, Birləşmiş Millətlər Təşkilatı, “Amnesty International”, “Human Rights Watch” təşkilatlarına, Niderland, Belçika və Lüksemburq parlamentlərinə göndərilib.


 


Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının təşəbbüsü ilə isə Kiyev şəhərində Xocalı soyqırımı ilə bağlı böyük kampaniyaya başlanılıb. Bu barədə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Türk Şurasının Kiyev ofisinin koordinatoru Hikmət Cavadov məlumat verib. 


 


O, bildirib ki, Kiyevin mərkəzi metro stansiyalarında Xocalıda azərbaycanlıların soyqırımı ilə bağlı Ukrayna dilində məlumatlandırıcı plakatlar yerləşdirilib: “Biz əhalinin daha çox istifadə etdiyi “Maydan Nezalejnosti”, “Xreşatik”, “Teatralnaya”, “Lev Tolstoy” kimi tanınmış mərkəzi metro stansiyalarının giriş və çıxışlarında asılmış bu plakatlarda erməni hərbi qruplaşmalarının azərbaycanlılara qarşı həyata keçirdikləri hərbi cinayətlərlə bağlı mətnli plakatlar yerləşdirdik. Bu təbliğat vasitələri fevralın sonunadək orda qalacaq”.  H.Cavadov bildirib ki, məqsədləri Xocalı faciəsini Ukrayna ictimaiyyətinə və Kiyev şəhərinin qonaqlarına çatdırmaqla erməni vəhşiliyini ifşa etməkdir: “Bilirsiniz ki, bu gün Ukrayna da separatizmdən əziyyət çəkir, bir sıra şəhərlərində bu və buna oxşar vəhşiliklər törədilir. Hazırda çox həssas dönəmdir, Kiyevə yüzlərlə xarici qonaq və KİV nümayəndələri gəlir. Məqsədimiz bu fürsətdən istifadə edib Azərbaycanın hələ 23 il bundan öncə başına gətirilən müsibətləri onlara çatdırmaqdır”. 


 


Ukraynada Xocalı faciəsi ilə bağlı daha bir neçə bu kimi layihələr həyata keçiriləcəyini bildirən Diaspor rəhbəri bu istiqamətdə “Xocalıya Ədalət” Kampaniyasının rəhbəri, Rusiya Azərbaycanlıları Gənclər Təşkilatının sədri Leyla Əliyevanın müstəsna və yüksək koordinatorluğunun xüsusi qeyd edib. 


 


H.Cavadov bildirib ki, diaspora məxsus “Azərbaycanın sözü” qəzetində Xocalı soyqırımına həsr edilmiş Ukrayna dilində xüsusi buraxılış hazırlanır: “Soyqırımla bağlı keçirəcəyimiz anım tədbirində isə “Xoca” filmi nümayiş etdiriləcək”.  


 


Qeyd edək ki, layihənin koordinatoru Ümumukrayna Azərbaycanlı Gənclər Təşkilatının sədr müavini İsgəndər Zamanovdur.

Teqlər:
Bu xəbər cəmi 1265 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR