Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən daxil olan məlumata görə, şimal küləyinin sürəti 10-15 m/s, gecə və səhər arabir 18-20 m/s, gündüz isə cənub küləyinin sürəti 8-13 m/s olacaq. Havanın temperaturunun gecə 4-7, gündüz 9-14, bəzi yerlərdə 16 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında isə sabah hava şəraitinin arabir yağıntılı olacağı, səhər qərb rayonlarından başlayaraq tədricən kəsiləcəyi gözlənilir. Mülayim qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 14-19 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.
Tibbi-meteoroloji proqnoz martın 21-dək Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi əksər meteohəssas insanlar üçün əsasən əlverişlidir.