Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Yarımmilyon nəfərə yaxın ünvanlı dövlət sosial yardımı alıb - Rəsmi

Yarımmilyon nəfərə yaxın ünvanlı dövlət sosial yardımı alıb - Rəsmi

Azərbaycanda dinamik sosial-iqtisadi inkişaf şəraitində yaşayış səviyyəsinin yüksəlməsi, habelə dövlət sosial yardımlarının ünvanlılıq və şəffaflıq prinsipləri əsasında təyinatına nəzarətin gücləndirilməsi nəticəsində ünvanlı dövlət sosial yardımı təyin olunan ailələrin sayı azalmaqda davam edir.


 


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsindən Mia.az-a daxil olan məllumata görə, bu ilin yanvar ayında ölkəmizdə 107761 ailə (470237 nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı alıb ki, bu da ötən ilin yanvar ayı ilə müqayisədə 38675 ailə (168673 nəfər ailə üzvü), yəni 26,4 faiz azdır. Ünvanlı sosial yardım təyin olunan ailələrin sayının azalması təyin olunan yardımların məbləğinin yüksəlməsi ilə müşahidə olunur. Belə ki, ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləği 10,3 faiz artaraq 138,89 manata, adambaşına düşən orta aylıq məbləği isə 10,3 faiz artaraq 31,83 manata yüksəlib.


 


Ünvanlı dövlət sosial yardımı ilə təmin olunan ailələrdə yaşı 18-dək ailə üzvlərinin sayı 222589 nəfər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşadək ailə üzvlərinin sayı 5305 nəfər, 1 yaşadək ailə üzvlərinin sayı 5822 nəfər təşkil edir. Hazırda yardım alan ailələrin 30823-ü tərkibində 3 və daha çox uşaq olan ailələrdir.


 


Sosial yardımların təyinatında şəffaflığın və ictimai nəzarətin təmin olunması məqsədilə 2013-cü ilin sonlarından etibarən ünvanlı sosial yardım alan ailələrin siyahısı ƏƏSM-nin rəsmi internet saytının (www.mlspp.gov.az) üz səhifəsində yerləşdirilib. Hazırda ünvanlı sosial yardım sisteminin tam avtomatlaşdırılması işləri aparılır. Mütərəqqi beynəlxalq təcrübə əsasında qurulan bu sistem ünvanlı sosial yardım üçün müraciətlərin elektron qaydada qəbulunu və yardımların avtomatik şəraitdə təyinatını nəzərdə tutur.

Teqlər:
Bu xəbər cəmi 1210 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR