İran “Google”nın yerli versiyasını yaradıb.
Axtarış saytının adı “Yooz”dur, fars dilində isə “Çita” kimi başa düşülür. İstifadəçilər axtarış şəbəkəsi vasitəsi ilə bir milyarda yaxın fars saytlarına daxil ola biləcəklər. İkinci mərhələdə isə ərəb və ingilis dilli saytlara daxil ola biləcəklər.
Qeyd edək ki, İran “google” axtarış sistemindən ən çox istifadə edən ölkələr sırasında 6-cı yeri tutur.