“Azərsu” ASC abonentlərə müraciət edib.
Daxil olan məlumata görə, Bakı şəhəri Qaraçuxur qəsəbəsi Cəlal Qurbanov küçəsindən keçən 500 mm magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 98 Şərq” anbarından magistral xəttə suyun verilişi dayandırılıb. Bununla əlaqədar 18 fevral 2015-ci il tarixdə gün ərzində Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.