Bakı Ali Neft Məktəbinin elektron kitabxanası dünya elektron arxivinin reytinq cədvəlinə daxil olub.
Ali Məktəbin İctimaiyyətlə Əlaqələr Şöbəsindən daxil olan məlumata görə, dünyanın 2200-dən artıq ali təhsil müəssisəsinin elektron arxivini əhatə edən “Webometrics Ranking of World Universities” ümümdünya reytinq cədvəlinin 2015-ci ilin yanvar ayına olan nəticələrinə əsasən, Bakı Ali Neft Məktəbinin elektron kitabxanası Vebometriks reytinq cədvəlinə daxil olub. http://repositories.webometrics.info/en/Europe/Azerbaijan
Bundan başqa, BANM-in elektron kitabxanası dünyanın aparıcı akademik repozitorilərinin iki reyestrində qeydiyyatdan keçib.
DOAR (Directory of Open Access Repositories), ROAR (Registry of Open Acess Repositories) ROARMAP (Registry of Open Acess Repositories Mandates and Policy).
Reytinq dörd göstərici əsasında - zahiri görünüşünə, həcminə, xüsusi fayllarına və elmi məqalələrinə əsasən təhlil olunaraq tərtib edilir. Vebometriks reytinq cədvəli ali təhsil müəssisəsinin veb-resurslarının İnternetdə populyarlığını xarakterizə edən, onların informasiya əhəmiyyətliliyini ölçən universal və ixtisaslaşmış axtarış sistemlərinin qiymətləndirmə göstəricilərinə əsaslanıb. Reytinqin yenilənməsi ildə 2 dəfə baş verir və nəticələr Webometrics Ranking of World Universities rəsmi saytında yerləşdirilir.