“Intelsat” beynəlxalq peyk rabitəsi təşkilatı və “Azərkosmos” ASC 45 dərəcə şərq uzunluğu orbital mövqeyindən birgə istifadə haqqında strateji saziş imzalayıblar.
Bu barədə Trend “Intelsat”a istinadən məlumat verir.
Tərəflər Azerspace-2/Intelsat 38 peykinin layihələndirilməsi məsələsində sıx əməkdaşlıq edəcəklər, istehsalat və inkişaf mərhələləri prosesində səy və imkanlardan istifadə edəcəklər.
Qeyd edək ki, ikinci peykin orbitə buraxılması 2017-ci ilə planlaşdırılıb.