Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya sənəd vermiş bakalavrlara müraciət edib.
TQDK-dan AzVision.az-a daxil olan məlumatda bildirilir ki, magistraturaya qəbul olmaq istəyən bakalavrlar 1-ci mərhələ üzrə "İmtahana buraxılış vərəqi" ni çap edə bilərlər. Buraxılış vərəqini çap etmək üçün https://eservices.tqdk.gov.az/brxvmag/?frm=egov linkinə daxil olmaq lazımdır.
Bildirək ki, 2015-2016-cı tədris ili üçün ali məktəblərin magistratura pilləsinə ərizə qəbulu fevralın 3-dən 12-ə qədər davam edəcək. Bu müddət ərzində bakalavrlar elektron ərizələri doldurmalıdırlar. Fevralın 22-də isə magistraturaya qəbul imtahanının 1-ci mərhələsi keçiriləcək.
1-ci mərhələdə lazımi balı toplayan tələbələr aprelin 1-10-da proqram seçimi edəcəklər. Qəbul imtahanının 2-ci mərhələsi isə aprelin 26-da keçiriləcək. 7-12 may tarixlərində isə ixtisaslaşma seçimi olacaq.
Qeyd edək ki, magistraturaya qəbul ola bilməyən tələbələr üçün boş qalan yerlərə ixtisaslaşma seçimi iyunun 22-28-i arası olacaq.