“ATV”də “Miras” adlı yeni serial yayımlanmağa başlayıb.
“SOY Production” ilə “ATV”nin birgə layihəsi olan serialda teatr və kinomuzun aparıcı aktyorları xalq artisti, şöhrət ordenli Şükufə Yusupova, xalq artisti Vidadi Əliyev, əməkdar artistlər Telman Əliyev, Şövqü Hüseynov və başqları rol alır. Serialın quruluşçu rejissoru Siyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir.
Serialın aktyor heyəti hərislik, dələduzluq, ironiya, müasirlik və bənzərsiz yumorla yüklənəcək komediya serialının geniş tamaşaçı auditoriyanın marağına səbəb olacağına əmin olduqlaarını bildirib.
Qeyd edək ki, serialda hadisələr ikimərtəbəli malikanədə baş verir. Evin sahibi 80 yaşlı bir qadındır. O,tənhadır,köməksizdir,qohum əqrəbası yoxdur.O, tənhadır, köməksizdir, qohum-əqrəbası yoxdur. Buna görə də o, malikanəsini iki ailəyə verməsi ilə bağlı elan verir. Tələb etdiyi şərtlər, sadəcə, ailələrin ona kömək göstərməsi, yaşlı bir qadına mümkün qədər qulluq etmələridir. Ailələrin bu elana maraq göstərməsinin əsas səbəbi isə elanın axırıncı cümləsidir – Qadına yaxşı baxan ailə, onun ölümündən sonra malikanəyə sahib olacaq! Yəni ev ailələrdən birinə miras qalacaq.
Qeyd edək ki,serialın 1-ci seriyası artıq yayımlanıb. “Miras” hər həftənin şənbə günü saat 20:00, təkrarı isə cümə axşamı günü yayımlanacaq.