Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.Yığıncaqda Topaz Premyer Liqasının XXII turunun oyunlarında baş verənlər müzakirə olunub.
“Qəbələ” ilə səfər oyununda “Neftçi”nin 4 futbolçusunun sarı vərəqə ilə cəzalanması “ağ-qaralar”ın 1000 manat məbləğində cərimələnməsinə səbəb olub. Matçın 52-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün kluba əlavə 1000 manat cərimə kəsilib.
Qeyd edək ki, “Qəbələ” – “Neftçi” qarşılaşması qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatmışdı.