Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Gürcüstanda qazın qiymətini qaldırmaqdan imtina edib.
“Qafqazinfo” Gürcüstan KİV-nə istinadən xəbər verir ki, "SOCAR Energy Georgia" şirkəti məlumat verib. Məlumata görə, SOCAR Gürcüstanın kommersiya müştəriləri üçün qazın qiymətini qaldırmayacaq.
Qeyd edək ki, belə bir təşəbbüslə “Qaztransqaz-Tbilisi” şirkəti çıxış edib. SOCAR həmin şirkətin bəyanatından sonra qiymətlərin qaldırılması ilə bağlı düşünsə də, sonradan bu ideyadan tamailə imtina etdiklərini bəyan ediblər.
“Qaztransqaz-Tbilisi” şirkəti isə bəyanatının arxasında duraraq martın birindən hüquqi şəxslər üçün qaz tarifini 0,9 lari (0,44 dollar) qaldıracaq.