Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

ÖZƏL KLİNİKALARA “VERGİ HÜCUMU” – Aylıq ödəniş 50 minə qaldırılıb

ÖZƏL KLİNİKALARA “VERGİ HÜCUMU” – Aylıq ödəniş 50 minə qaldırılıb


Proqnozlara görə, əhalinin şəfa dalınca qonşu ölkələrə gedənlərin sayı daha da artacaq



Son günlər rəhbər vergi orqanlarında aparılan müəyyən struktur dəyişikliklərindən sonra bütün səlahiyyətləri bir əldə cəmləmiş Vergilər Nazirliyi özəl səhiyyə sektoruna qarşı tələblərini gücləndirib. Bu barədə Musavat.com-a səhiyyə sistemində çalışan məlumatlı mənbə xəbər verib.

Verilən məlumata görə, bir neçə günün içində təkcə Bakı şəhərində olan 150-yə yaxın özəl tibb müəssisəsində “xronometraj” yoxlaması başlayıb. Yoxlamaların xüsusi tapşırıqla və məqsədli olması vergi müfəttişlərinin davranışlarından açıq-aydın hiss olunur. Xronometraj sona çatdıqdan sonra hər bir tibb müəssisəsi üçün əvvəlcədən müəyyən edilmiş rəqəm sahibkara elan edilir.

Məlumatlara görə, özəl tibb müəssisələrinə qoyulan aylıq vergi ödənişlərin miqdarının 30-50% və bəzi yerlərdə 100% (ikiqat) artırılması nəzərdə tutulur. Bu isə təxminən 20-50 min AZN miqdarında aylıq ödəniş deməkdir vergi orqanları ilə özəl sektor arasında bir müddət əvvəl partnyorluq sazişinin imzalanmasına baxmayaraq sonuncunun bütün tələbləri inkar edilir.

Proqnozlara görə, yeni qaydalar ilk növbədə tibbi xidmətlərin bahalaşmasına və tibb müəssisələrinə müraciətlərin azalmasına gətirib çıxaracaq. Musavat.com-a danışan səhiyyə işçisi qeyd edir ki, bu islahat bir tərəfdən tibb xidmətlərinin məcburi bahalaşmasına, digər tərəfdən əhalinin kütləvi şəkildə tibbi xidmətlərin Azərbaycandan qat-qat aşağı olan qonşu ölkələrə – İrana və Gürcüstana üz tutmasına gətirib çıxaracaq: “Bu tendensiya artıq hiss olunmaqdadır. Yaranmış situasiya sahibkarların onsuz da ürəkaçan olmayan durumunu daha da ağırlaşdıra və özəl sektorun zəifləməsinə, çöküşünə gətirib çıxara bilər. Özəl sektorun sıxışdırılması isə öz növbəsində dövlətin real vergi ödəyicilərinin çəkisinin kəskin azalması və büdcə kəsirinin artması deməkdir. Beləliklə, qüsurlu dövran yaranır. Xəstələrin qonşu ölkələrə üz tutması indiki iqtisadi sıxıntılar dövründə ölkəmizdən böyük maliyyə axını deməkdir. Məsələn, il ərzində xaricə müalicəyə gedən 50.000 nəfərin hər biri ən azı 1.000 AZN pul xərcləsə bu 50 milyon AZN deməkdir. Real rəqəmlər bundan qat-qat yüksəkdir”.


Teqlər:
Bu xəbər cəmi 1220 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR