“Yenimeydan.info” xəbər verir ki, bu haqda azvision.az saytı məlumat yayıb. QSC-dəki mənbə sayta bildirilib ki, Qurbanov qurumun bir neçə şöbə müdirinə, idarə rəislərinə işdən çıxarılmaları ilə bağlı ərizə yazdırıb. Ərizədə işdən çıxarılma vaxtı qeyd olunmayıb. Bildirilib ki, yaxın günlərdə ciddi dəyişikliklər olacaq. C.Qurbanov indiyədək fəaliyyətində nöqsanlara yol verən işçiləri qurumdan kənarlaşdıracaq. Yeni sədr kollektivə ciddi tapşırıqlar verərək nöqsana yol verən işçiləri cəzalandıracağını qeyd edib.
Mənbənin bildirdiyinə görə, artıq QSC-nin maliyyə şöbəsinin rəisinin işdən çıxarılması dəqiqləşib. “Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibi Nadir Əzməmmədo is deyib ki, sabah QSC-də kollegiya iclası keçiriləcək: “O zaman hər şey məlum olacaq. Hələ ki, heç bir məlumat yoxdur. Sabah kollegiya iclasından sonra kimin işdə qalacağı, kimin çıxacağı məlum olacaq. İclas daxili olduğundan mətbuat üçün kollegiya iclasının nəticələri barədə ayrıca konfrans keçiriləcək”.