Netant şirkəti ”Mail.ru Group”-un yeni reklam partnyoru oldu. Bu partyorluğun əsas məqsədi Azərbaycan reklam bazarında “Mail.ru Group”-a daxil olan saytlarda daha əlverişli reklam imkanları təqdim etməkdən ibarətdir.
Xatırladaq ki, Azərbaycanda 1500 000-dən artıq unikal istifadəçisi olan “Mail.ru Group”-a MDB ölkələri arasında ən böyük poçt portalı kimi tanınan Mail.ru, o cümlədən odnoklassniki.ru və vkontakte.ru kimi sosial şəbəkəsaytları daxildir.
Qeydedək ki, “Mail.ru Group”-a daxil olan saytlarda yaş, cins vəAzəraycana targetinq imkanları tam pulsuz təklif olunur.Həmçinin, bir reklam bannerinin ziyarətçiyə limitli sayda göstərilməsi imkanı reklamverənə bonus kimi təqdim olunacaq.
Təbiiki, bununla Azərbaycan internet-reklam bazarında effektivlik daha da artacaq.
Netan şirkəti öz fəaliyyətini 2012-ci ildən başlayıb və hazırda Azərbaycan internetreklam bazarında ziyarətçi sayı ən çоx olan şirkətdir.