Bakıda Finlandiya vətəndaşı ölüb.
“Qafqazinfo” xəbər verir ki, Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, bu günlərdə Finlandiya vətəndaşı, 1933-cü il təvəllüdlü Teminen Anto Valker ağır vəziyyətdə Parlament prospektində yerləşən Mərkəzi Klinik Xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq 82 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, A.Teminen dünyada tanınan səyyahlardan biri olub və növbəti dəfə dünya turuna çıxıbmış.
Səyyahın ürək tutmasından öldüyü güman edilir. Faktla bağlı araşdırmalar aparılır. Məşhur səyyahın cənazəsi artıq vətəninə göndərilib.