Donbasdakı münaqişə zonasında atəşi dayandırmaq əmri verilib.
“Qafqazinfo” gazeta.ru-ya istinadən xəbər verir ki, bu, Ukrayna prezidenti Petro Poroşenko tərəfindən Minsk razılaşmasına uyğun olaraq qəbul edilib.
Tərəflər yerli vaxtla fevralın 15-i gecə 00:00-da (Bakı vaxtı ilə 02:00) atəşin dayandırılmasını elan ediblər.
“Mən bu saat Ukrayna silahlı qüvvələrinə, Milli qvardiyaya, Daxili İşlər Nazirliyi bölmələrinə, sərhəd xidmətinə, təhlükəsizlik bölmələrinə atəşi kəsmək əmri verirəm”- deyə Poroşenko bildirib.