Komitədən APA-ya verilən məlumata görə, "İlahə-96" İKM-nin istehsal etdiyi "Lider R.M" nişanlı "Moskovskaya texnologiya" adlı bişən hisə verilmiş servelat kolbasası ilə bağlı analizlərin cavabları göstərib ki, təqdim edilən nümunədə məhsulun markalanmasında qeyd olunmayan donuz əti tapılıb.
Bundan başqa, "Aymin" MMC tərəfindən istehsal olunan "Bakı" nişanlı bişmiş hisə verilmiş servelat kolbasasının tərkibində markalanmasında qeyd olunmayan donuz əti aşkar edilib.