Bu gün Milli Məclisin növbəti plenar iclası spiker Oqtay Əsədovun sədrliyi ilə işə başlayıb.
Cari məsələlərdə aktual məsələlərdən, xüsusilə də 12 fevralda Bakıda keçirilən iqtidar-müzxalifət partiyalarının brgə görüşündən danışıldı.
Deputat Siyavuş Novruzov da dialoqdan bəhs etdi. Bu görüşün cəmiyyətdə müsbət qarşılandığını deyən YAP-çı deputat qeyd etdi ki, belə görüşlərin keçirilməsi ölkədə demokratiyanın inkişafına, bu sahədə partiyaların oynayacağı rola da öz müsbət təsirini göstərəcək: “Ancaq bu gün bəzi qüvvələr ölkənin daxili siyasi sabitliyinə zərbə vurma vurmağa çalışırlar. Təəssüf ki, bəzi partiyalar həm legitimlikləri olmadıqlarına görə ayrı-ayrı qüvvələrin maraqlarını həyata keçirirlər. Bu partiyaların mətbuat orqanları bu görüşlərin üzərinə göplgə salmaq istəyirlər”.
Onun sözlərinə görə, onlar ayrı-ayrı dairələr tərəfindən idarə edilir, ümumilli maraqlara deyil, şəxsi maraqlara xidmət edirlər: “Buna baxmayaraq, Azəırbaycanın siyasi partiyaları bir yerə toplanaraq, ümummilli məsələlərlə bağlı ümumi müzakirələrə aparmağı bacarırlar. Bu, çox müsbət addımdır”.
Zahid Oruc idarəetmənin təkmilləşdirilməsi ilə bağlı son günlər ölkə başçısının apardığı islahatları müsbət qiymətləndirdi və bu cür islahatların davamlı olacağına inandığını da bildirdi: “ Hesab edirəm ki, Meliorasiya və Su təsərrüfatı ASC-nin Kənd Təsərrüfatı Nazirliyinə, Dövlət Qulluğu Məsələləri Komissiyasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına, həmçinin Standartlaşdırma, Meterologiya və Patent üzrə Dövlət Komitəsinin İqtisadiyyat və Sənayə Nazirliyinə birləşdirilməsi əhəmiyyətli olardı. Bu o demək deyil ki, həmin qurumlar birləşdirilərsə, işçilər ixtisara salınacaq, ştatlar ləğv olunacaq. Onlar öz ixtisaslarına görə işlə təmin olacaqlar”.
Spiker isə deputata replika ilə cavab verdi. “Siz həm deyirsiniz ki, bu işlər prezident tərəfindən həyata keçirilir, həm də özünüz həmin işləri burada müəyyənləşdirirsiniz”.
Qüdrət Həsənquliyev qarşıdan Xocalı faciəsinin ildönmününün gəldiyini vurğuladı, soyqırım qurbanlarına və Qarabağ şəhidlərinə Allahdan rəhmət dilədi. Deputat qeyd etdi ki, bu yaxınlarda Münhendə keçirilən konfransda prezident İlham Əliyev erməniləri, onların havadarlarını və Minsk Qrupunu ifşa edən möhtəşəm çıxış etdi: “Bu çıxış Azərbaycan xalqının hisslərini müəyyən qədər sakitləşdirdi. Xarici ölkələrdəki diplomatik korpuslara və beynəlxalq təşkilatlardakı nümayəndəliklərə bununla bağlı göstəriş verilməlidir ki, Xocalı faciəsi ərəfəsində müvafiq tədbirlər keçirsinlər vətədbirlərdə çıxışlar edərək, qoyulan məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırsınlar”.
Parlament rəhbərliyi qarşısında Azərbaycanın xarici ölkələrdəki səfirlikləri ilə bağlı məsələ qaldırmaq istədiyini deyən Q.Həsənquliyev bildirib ki, səfərlər zamçanı bəzi səfirlər öz narahatçılıqlarını diqqətə çatdırırlar: “Hazırda səfirlərin rəsmi maaşı 500 manata yaxındır. Qalan vəsait isə onlara ezamiyyət və digər xərclər üçün verilir. Buna görə də onlar pensiyaya çıxanda çox cüzi, yəni 250-300 manat pensiya alacaqlar. Bu da onları çox ciddi narahat edir və bunun üçün yollar tapmalıyıq. Bu gün ölkəni xaricdə təmsil edən bu şəxslər sabah ölkəyə qayıdanda, normal həyatlarını davam etdirmək üçün normal maaş ala bilsinlər”. Sonuncu iqtidar-müxalifət görüşünə toxunan deputat vurğuladı ki, xarici dövlətlərin oyuncağına çevrilmiş bəzi siyasi qüvvələr yenə də bu tədbirə kölgə salmağa cəhd göstərdilər: “Ancaq onlar bununla heç nəyə nail ola bilməyəcəklər. Hesab edirəm ki, bu görüş çox əhəmiyyətlidir. Hətta Prezident Administrasiyasının nümayəndələri də bildirdilər ki, belə görüşlər Azərbaycan prezidenti İlham Əliyevin göstərişi əsasında keçirilir. Belə tədbirlər ölkədə demokratiyanın, siyasi sistemin və qanunların aliliyinin təmin olunmsına birbaşa təsir göstərir. Bu cür görüşlərə kölgə salmaq istəyən qüvvələr isə bir daha öz mövqelərinə diqqət etməlidirlər. Onlar imkan verməməlidirlər ki, ayrı-ayrı ölkələr tərəfindən idarə olunsunlar”.
Spiker isə bu fikirlərə reaksiya verərək dedi ki, əslində o partiyalar kölgə altında yox, kök altında olduğuna görə dialoqda iştirak etməyiblər.
Fərəc Quliyev şəhid ailələrində tək övladların hərbi xidmətə aparılmamasını təklif etdi.
Deputat “Yeni Günəşli”də bir mənzilin bir neçə nəfərə satıldığını dedi, müvafiq orqanların bu məsələləri araşdırmaq üçün komissiya yaratmağa çağırdı.
Fazil Mustafa siyasi partiyalarla dialoq aparılması istiqamətində ölkə başçısının təşəbbüsünü yükəsk qiymətləndirdi. Dialoqu siyasi mədəniyyət nümunəsi adlandırdı. “Kimlərsə iştirak etməyibsə, onlar çox böyük siaysi, taktiki səhvə yol veriblər” dedi. F.Mustafa Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədlinin Borçalı türklərinin haqlarının müdafiəçisi olduğunu vurğuladı və Bakını ciddi addımlara çağırdı: “Bu, çox ciddi siyasi məsələdir. Həmişə dostluq çağırışları edən Azərbaycan vətəndaşının, siyasi fəalın hüquqlarının məhdudlaşdırılmasına Azərbaycan dövləti çox ciddi reaksiya verməlidir”.
Deputat soydaşlar haqqında qanun məsələsinə də qayıtdı, dedi ki, Gürcüstanda belə bir qanun qəbul olunub, biz də bu istiqamətdə addım atmalıyıq. Gürcüstandakı insanlarımızı əcnəbi ststusundan çıxarıb soydaçş statusuna gətirməliyik”.
İqbal Ağazadə də siyasi partiyalarla görüşü müsbət dəyərləndirdi. Siyasi partiyaların hakimiyyət təmsilçiləri ilə bir masa ətrafında məsələləri müzakirə etməsi müsbət addımdır və təqdir olunmalıdır. Azərbaycanın bütün problemləri masa arxasında çözülməlidir. İmkan verməməliyik ki, neqativ hadisələrlə bağlı Azərbaycana qarşı diskriminasiya siyasəti yürütsünlər. Deputat görüşün məntiqi davamı kimi bəzi addımların atılmasını zəruri saydı. Xüsusilə də xəstə məhbuslarla bağlı qərarlara çağırdı. O, ilk növbədə məhkəmə dönəmində İntiqam Əliyevlə bağlı həbs qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini təklif etdi və parlament rəhbərinə müraciət edib spikeri öz imkanlarından istifadə etməyə çağırdı.
İ.Ağazadə dedi ki, penitensiar sistemlə bağlı ötən iclasdakı çıxışına Penitensiar Xidmət rəhbərliyindən və bəzi deputatlardan aşağılayıcı reaksiyalr gəlib. Deputat sərt xəbərdarlıq etdi: “Xahiş edirəm bəzi deputatlar, həmçinin Penitensiar Xidmətin rəhbəri Mədət Quliyev çıxışına diqqət etsin. Əks təqdirdə gələn dəfə mən çıxış edəcəyəm”.
Vahid Əhmədov ölkə prezidentinin Cənub Qaz Dəhlizi layihəsi əsasında Türkiyə üzərindən Avropaya nəql edilməsi barədə mövqeyini xatırlatdı. Ancaq qeyd etdi ki, son vaxtlar bu layihəyə ciddi problem yaratmaq istəyirlər. Eyni zamanda Yunanıstanın energetika nazirinin qazın qiyməti və nəqli ilə bağlı iddialar irəli sürdüyünü xatırlatdı: “Bunlar hamısı bir ipin iki ucudur. Müəyyən təzyiqlər göstərmək istəyirlər ki, Azərbaycan maksimum gec öz qazını Avropa bazatrına çıxartsın. Amma cənab prezident çevik siyasəti ilə buna qarşı ciddi addım atdı”. V.Əhmədov dedi ki, Azərbaycanqazının avropaya ixracı Azərbaycanın müstəqilliyinin qarantıdır. Ona görə də deputatlara müraciətlər onları Avropada olarkən Azərbaycan qazının əhəmiyyətini əcnəbilərə izah etməyə çağırdı. Dedi ki, Azərbaycan qazı Azərbaycanla yanaşı, Avropaya da lazımdır.
Qənirə Paşayeva mülki vətəndaşların evlərinin atəşə tutulması, yandırılması, mülki vətəndaşın evinin içində yaralanmasına Bakıdakı beynəlxalq qurumların ofislərinin reaksiya verməməsinə etiraz etdi. Mən onlara səslənmək istəyirəm ki, siz imkan olanda gedin görün Ermənistan hansı cinayətlərə əl atır, mülki vətəndaşlarıımıza qarşı necə insanlıqdan kənar hərəkətlər etdiyinə şahid olun.
Q.Paşayeva ön xəttə yerləşən evlərin qarşısında istehkamların, həmçinin kəskin atışma dövründə gizlənmək üçün sığınacaqların tikilməsini də təklif etdi. Xanim deputat da dostluq qrupu olaraq Zəlimxan Məmmədli ilə bağlı müeraciət etdiyini də bildirdi. Ümid etdi ki, bu problem müsbət həll olunacaq.
Elmira Axundova Bakıdakı qəbristanlıqların yiyəsiz olduğunu, oradakı vəziyyətin nizama salınmasını istədi: “Hətta qəbristanlıqlar narkomanların, içki aludəçilərin, bomjların məskəninə çevrilib”. Deputat qəbristanlıqlardakı vəziyyətin köklü vəziyyətdə dəyişməsi üçün maliyyə imkanlarının araşdırmağa çağırdı: “Bu gün Bakı qəbristanlıqları insan ruhunun rahatlıq tapdığı yer yox, xəcalət yeridir”.