Bu gün səhərə olan göstəricilərə görə neftin qiyməti dünya bazarında 60 dollara qalxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, qiymət artımı enerji şirkətlərinin xərclərini və istehsal həcmini azaltmasından sonra müşahidə edilib .
Brent markalı neftin aprel fyuçersinin qiyməti 1,12 dollar artaraq barelli 60,4 dollar olub. Sonuncu dəfə brent markalı neftin qiyməti ötən ilin dekabrında 60 dollara çatmışdı.
WTI markalı neft isə Nyu York birjalarında 0,64 dollar artaraq 51, 85 dollar təşkil edib.