Mercedes şirkəti mart ayında yeni “AMG GT” modelinin istehsalına başlayacaq. Fins.az-ın şirkərin rəsmi saytına istinadən məlumatına görə, artıq “AMG GT” ilə bağlı reklam çarxı təqdim edilib.
frame allowfullscreen="" frameborder="0" height="360px" src="https://www.youtube.com/embed/745ApnhDp4s" width="640px">
Reklam çarxında “Mercedes” əzəli rəqibini zarafata tutub. Klipdə göründüyü kimi, balaca uşaq yuxusunda özünün sevimli “Porsche 911” avtomobilini görən zaman, arxa güzgüdə “Mercedes-AMG GT” peyda olur. “AMG GT” modeli “Porsche”-ni ötən zaman uşaq dəhşətli yuxudan ayılır. Bu zaman isə şirkətin şüarı belə olur: “Uşaqlıq arzularınız olan bu avtomobil artıq geridə qaldı”
Texniki göstəricilər
Yenilənmiş Mercedes-AMG GT V8 tipli 4.0 litrlik tvin-turbo mühərriki ilə təchiz edilib. Yeddi pilləli sürət ötürücü ilə çalışan avtomobil ikili muftalı transmissiyaya malikdir ki, bu da, avtomobilə ilk 100 km/saat sürətini cəmi 4.0 saniyə ərzində tamamlamağa imkan verir. Bu zaman avtomobilin elektriklə tənzimlənən maksimal sürəti 310 km/saat təşkil edir.
Açarsız işə salınma, qırmızı kəmər, avtomatik qatlanan güzgülər
Avtomobildə bir sıra yeniliklər nəzərə çarpır. “AutoStar Kaukasus" şirkətindən satış mütəxəsisi Fuad Novruzovun fins.az-a verdiyi məlumata görə, avtomobilin interyer və eksteryerində bəzi dəyişiklər olacaq. “Mercedes-AMG GT”avtomobilinə arxa kamera, ponoram lyuk, iPad formasinda böyük DVD monitor əlavə ediləcək. Güzgülərdə avtomatik qatlanma və, açarsız işə salınma sistemi olacaq.
Təhlükəsizlik kəmərlərinin rəngləri sırasına qırmızı da əlavə edləcək. Avtomobilin buferinə xrom işləmələr əlavə ediləcək.
“Mercedes AMG GT” Bakıda 205 min avroya satılacaq
Yeni model Azərbaycana aprel ayının sonlarında gətiriləcək. "Mercedes-Benz" avtomobillərinin Azərbaycanda rəsmi dileri "AutoStar Kaukasus" şirkətindən fins.az-a verilən məlumata görə, avtomobil Bakıda 205 min avroya satılacaq.