Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Cavid Qurbanov qəfil yoxlama keçirdi

Cavid Qurbanov qəfil yoxlama keçirdi

İki gün öncə prezidentin sərəncamı ilə “Azəryolservis” ASC-nin sədri postundan azad olunaraq “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-yə rəhbər təyin edilən Cavid Qurbanov bu gün heç kimin gözləmədiyi halda qəfildən Bakı Dəmiryol Vağzalına gedib.


 


Milli.Az xəbər verir ki, bu məlumatı virtualaz.org saytına dəmiryolçular verib.


 


Onların sözlərinə görə, səhər saat 8:30 radələrində dəmiryol vağzalına heç kimin müşayiəti olmadan, təkcə gedən Cavid Qurbanov bir müddət vağzal ərazisində gəzib: “Vağzal rəhbərliyi yeni sədrin vağzala gəlişindən xəbər tutandan sonra əl-ayağa düşdü. Dərhal Cavid Qurbanovun yanına gələn işçilər düşdükləri vəziyyətdən çıxmağa çalışdılar”.


 


Vağzal ərazisinə baxış keçirən C.Qurbanov daha sonra sərnişin qatarlarının təmir edildiyi depoya yollanıb. Yeni sədr depodakı şəraitdən narazılığını bildirib. Fəhlələrin soyunub-geyinmə otağındakı bərbad vəziyyətin aradan qaldırılmasına göstəriş verib.


 


Qeyd edək ki, son zamanlar dəmiryolçuların, xüsusilə də qatar bələdçilərinin çoxsaylı şikayətləri eşidilir. Dəmiryolçular keçmiş sədr Arif Əsgərovun rəhbərliyi vaxtında “Azərbaycan Dövlət Dəmir Yolları” QSC-dəki özbaşınalıqdan şikayətlənirlər. QSC-nin binası qarşısında etiraz aksiyaları keçirən bələdçilər maaşlarının artırılmasını, haqsız yerə işdən çıxarılan iş yoldaşlarının geri qaytarılmasını, yeni işə götürülən qadın bələdçilərlə aralarında olan maaş fərqinin aradan qaldırılmasını, bu sistemdəki rüşvət və korrupsiya faktlarının araşdırılmasını tələb edirdilər.


 


Narazı bələdçilər yeni sədr Cavid Qurbanovla görüşmək üçün ona gələn həftə yazılı müraciət edəcəklər. Bələdçilər yeni sədrin onların şikayətini dinləyəcəyinə və problemlərini həll edəcəyinə inandıqlarını deyirlər.

Teqlər:
Bu xəbər cəmi 1200 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR