Masallı-Yardımlı yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə bu gün saat 15.30 radələrində qeydə alınıb.
"Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.
Avtomobildə olan digər sərnişin Əliyeva İlahə Xudu qızı isə xəsarət alaraq Masallı Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib(apa).
Qeyd edək ki, yol qəzasında dünyasını dəyişən Könül Rüstəmxanlı "Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğluun həyat yoldaşı, yaralanan İlahə Əliyeva isə bacısıdır.