Bakı şəhəri Binəqədi rayonu Ağasadıq Gəraybəyli küçəsindən keçən magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar “+ 132 Şimal” su anbarından xəttə suyun verilişi dayandırılıb.
Azərsu ASC-dən verilən məlumata görə, bununla əlaqədar 11 fevral 2015-ci il tarixdə gün ərzində 7-ci və 8-ci mikrorayonlara, Dərnəgül yaşayış massivinə və Səttar Bəhlulzadə küçəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.