“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu sözlər İranın keçmiş prezidenti Mahmud Əhmədinejata aiddir. Türkiyənin TRT kanalının müsahibə istəyinə müsbət cavab verən Əhmədinejat türk jurnalistləri çox isti qarşılayıb. Müsahibə zamanı onun bir şərti olub - siyasətdən danışmamaq.
Türklərin qarşısında oturmayacağını deyən İranın keçmiş prezidenti özəl müsahibəni belə ayaqüstə verib. "Türklər uca millətdir. Azadlıq və ədalət istəyən, bunların uğrunda mübarizə verən bir millətdir. Türklər əsrlər boyu İslamın bayraqdarlığını edib. Türkiyə və İran əl-ələ verməlidir. İslam dünyasının bu iki böyük milləti əl-ələ versə nələri bacarmazki. Təyyarələr, maşınlar istehsal edər".
O, İslam dünyasında nifaq salmaq istəyənlər olduğunu, müsəlman ölkələrinə diqqətli olması gərəkdiyini deyib. Onun sözlərinə görə, dünənə qədər yan-yana namaz qılan insanlar bu gün bir birini öldürür".