Azərbaycanda yol hərəkəti qaydalarının pozulmasına görə cərimələrin onlayn ödənişi xidməti "Elektron hökumət" (e-gov.az) portalına inteqrasiya edilib.
Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərləzindən deyiblər. Ödənişi Daxili İşlər Nazirliyinin göstərdiyi elektron xidmətlər bölməsində etmək mümkündür. Hazırda nazirliyin göstərdiyi elektron xidmətlər siyahısına 3 xidmət daxildir: fərdi eyniləşdirmə nömrələri üzrə şəxsi məlumatların axtarışı, cərimə və rüsumların ödənişi, yol hərəkət qaydalarının pozulmasına görə cərimələr və cərimə balları haqqında məlumatın əldə edilməsi.
DİN-in təqdim etdiyi sözügedən xidmətdən istifadə zamanı şəxsiyyət vəsiqəsinin seriyası/nömrəsi, VÖEN, sürücülük vəsiqəsinin seriyası/nömrəsi, sənədin nömrəsi, protokol seriyası/nömrəsi tələb olunur.