Qayda pozuntularına yol vermiş piyadaların məsuliyyətə cəlb edilməsi hallarının azaldılması haqda fikirlər səsləndirilir.
Bildirilir ki, piyadalara təyin edilən cərimələrin məbləği artırılmalıdır.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov Aktual.az-a deyib ki, piyadalara tətbiq edilən cərimənin miqdarı, zamanın tələbinə uyğun olaraq, 20 manat nəzərdə tutulub: “Mövcud durum əsas verir ki, piyadalara tətbiq dilən cərimənin məbləği yetərincədir”.
V.Əsdədovun sözlərinə görə, ilin əvvəlindən bu günə qədər Bakıda 500-dən çox piyada inzibati məsuliyyətə cəlb olunub: “Ötən il 139 min piyada məsuliyyətə cəlb edilib. Yol hərəkəti zamanı piyadaların vurulması faktı xeyli azalıb. Buna səbəb tərəfimizdən piyadaların cərimələnməsi, nizam-intizamın yüksəldilməsi, küçə və yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanmasına nəzarətin gücləndirilməsidir”.
V. Əsədov bəzən piyadaların cərimələrdən yayınma hallarına da yol verdiklərini istisna etməyib. Bildirib ki, bu zaman məhkəmə vasitəsi ilə təyin edilmiş məbləğ vətəndaşdan alınır.