Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTOLAR

Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib - FOTOLAR
Bu gün Azərbaycan Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının növbəti iclası keçirilib. MŞ sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlunun başçılıq etdiyi komissiyanın üzvləri 4 məsələni araşdırıblar.



Öncə Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Bəxtiyar Sadıqovun və Ağdam rayonunun bir qrup təhsil işçisinin, əmək və müharibə veteranının «Cəmiyyət» İnformasiya Agentliyi («cia.az») ilə bağlı müraciətinə baxılıb. Komissiya informasiya agentliyindən şikayət doğuran materialları tərəflərin iştirakı ilə müzakirə edərək rəyə gəlib ki, həmin nümunələrin təqdimatında «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın əksər prinsip və bəndlərinin tələbləri pozulub. 


 


İnformasiya Agentliyinin Ağdam Rayon Təhsil Şöbəsi və onun rəhbərliyi barədə gedən yazılarında şərəf və ləyaqətin təhqirinə, işgüzar nüfuzun ləkələnməsinə yönələn fikirlər yer alıb. Ümumən yazı konkret sənədlərə, dəlil-sübutlara deyil, mülahizələrə əsaslanıb. Çıxışlarda vurğulanıb ki, «cia.az» mahiyyətində açıq qərəz nəzərə çarpan belə materialları çapa hazırlamazdan əvvəl həm də Ağdamın cəbhəyanı bölgə olduğunu nəzərdən qaçırmamalı idi. 


 


«Cəmiyyət» İA-nın baş redaktoru Asəf Novruzov iradlarla razılaşıb, yanlışlıqların aradan qaldırılmasına hazır olduğunu diqqətə çatdırıb. Komissiya onun mövqeyini məqbul hesab edib və agentliyə Azərbaycan Mətbuat Şurasının xəbərdarlığı olunub. 


 


İclasda «Moderator.az» xəbər portalının baş redaktoru Zülfuqar Hüseynzadə etiraf edib ki, saytın 28 fevral 2015-ci il tarixdə yayımladığı «Haqq çağırıb haqqa çatdı. Akif Məhərrəmli» sərlövhəli yazıda mətnə aid olmayan şəxsin fotosunu yerləşdirməklə texniki yanlışlığa yol verib. Nəticədə «Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları»nın müvafiq bəndinin tələbi pozulub. Baş redaktor saytın səhvən yerləşdirdiyi fotodakı şəxsdən - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlidən üzrxahlığa, təkzib verməyə hazır olduğunu vurğulayıb. 


 


«AAAF İnşaat» MMC-nin «Bizim yol» qəzetindən şikayətinə baxılarkən mətbu nəşrə qarşı tərəfin mövqeyinin dərci tövsiyə olunub. 


 


İclasda rəyə gəlinib ki, Mətbuat Şurasının «Azərbaycan naminə» qəzeti barədə daha dolğun qərarının çıxarılması üçün məsələyə «Reket jurnalistika»ya qarşı mübarizə Komissiyasında da baxılmalıdır. Çünki Bakı şəhərindəki «Saraclı» kafesinin sahibinin bu KİV barədə şikayətinin motivlərində həmin komissiyanın araşdırmalı olduğu məqamlar var.




 











Teqlər:
Bu xəbər cəmi 965 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR