Müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Milli Müdafiə Nazirliyinin Xəritə Baş Komandanı general-leytenant Burhanettin Aktının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə hər iki ölkənin Silahlı Qüvvələrinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər, ikitərəfli hərbi əməkdaşlıq məsələlərinin əhəmiyyəti, regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinin bölgə üçün vacibliyi müzakirə edilib.
Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və digər məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.
Görüşdə Türkiyə Respublikası Silahlı Qüvvələrinin ölkəmizdəki hərbi attaşesi briqada generalı Hasan Nevzat Taşdeler iştirak edib.