Xəbər Lenti

______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
______________________________
Prezident DOST Mərkəzinin AÇILIŞINDA
İlham Əliyev Rusiyaya getdi
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 12 gündür davam edir
Yazı ölçüsü :13 Punto15 Punto17 Punto19 Punto

İvanişvili “Nobel”ə namizəd oldu

İvanişvili “Nobel”ə namizəd oldu
Gürcüstanın baş nazii Bidzina İvanişvili, Gürcüstan Müstəqil Jurnalistlər Birliyinin rəhbəri İrma İnaşvili və “Obyektiv” Televiziyasının direktoru David Tarxan-Mouravi, həbsxanalara monitorinq qrupunun üzvləri İosif Mancavidze, Georgi Lomia, David Akobia Nobel Sülh Mükafatına namizəd kimi təqdim olunublar. Bu barədə APA-nın Gürcüstan bürosuna Nobel Sülh Mükafatı Komitəsinə təqdimat məktubunu imzalayanlardan biri, yazıçı Roman Fin məlumat verib.


Onun məlumatına görə, Nobel Sülh Mükafatı Komitəsinə göndərilən məktubda 2003-cü ilin noyabrın 23-də baş verən “Qızıl gül” inqilabından sonra Gürcüstanda baş verənlər, torpaq itkisi, qaçqınlar barədə geniş məlumat verilib: “Məktubda eyni zamanda 3-3,5 milyon nəfər əhalisi olan ölkədə 42 min məhbusun olduğu, minlərlə insanın saxta ittihamlarla həbs olunduğu, narkotik və silah saxlamağa görə təqsirli bilinənlərin sayının yüzlərlə olması barədə məlumatlar var”.



Daha sonra isə indiki Gürcüstan hökuməti ilə bağlı müsbət məqamlar qeyd olunub, siyasi məhbusların azad edildiyi, xalqlar arası dostluq yaratdığı və s səbəb gətirilərək, baş nazir İvanişvilinin Nobel Sülh Mükafatına layiq görülməsi təklif edilib.



Qeyd edək ki, Roman Fin bu yaxınlarda “Gürcüstan xilas olunub” adlı publisistik məqalələrdən ibarət kitab da yazıb.


Teqlər:
Bu xəbər cəmi 1625 dəfə oxunuldu
BAKIDA DAHA HANSI KÜÇƏLƏR PLANA DÜŞÜB?
Hüseyn Cavid prospektinin Mirzağa Əliyev küçəsində yerləşən bir, iki və üçmərtəbəli binalar söküləcək. Bu barədə SalamNews-a Bakı Şəhər İcra Hakimiyyətinin rəhbəri Hacıbala Abutalıbov bildirib. Onun sözlərinə görə, birinci və ikinci mərhələlərdə kommunal rahatlığa malik olmayan bütün binalar söküləcək, sakinlərə kompensasiya ödəniləcək. Bu ərazidə istirahət yerləri, idman meydançaları, parklar tikiləcək. O deyib: “Biz şəhərin mərkəzini bir az boşaltmağa çalışacağıq. Üçüncü mərhələ çərçivəsində Füzuli küçəsindən “Nizami” metro stansiyası yaxnlığındakı əraziyə qədər olan binalar söküləcək. Həmçinin “Kubinka” adlanan ərazidəki binalar da söküləcək. Biz bu işləri qısa müddət ərzində başa çatdırmağa çalışacağıq. Bundan sonra Bakı dünyanın ən yaşıl şəhərinə çevriləcək.”
YAZARLAR