Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus İlqar Məmmədovun və Tofiq Yaqublunun həbsini presidentsiz hadisə hesab edib . Leyla Yunus müxalifətə xitabən bildirib ki, fədakar müxalifətçilərin həbsindən sonra seçkilərdə iştirak edib-etməmək haqqında düşünmək lazımdır. Belə vəziyyətdə prezident seçkilərində iştirak etməyin əhəmiyyəti yoxdur.
AMİP lideri Etibar Məmmədov açıqlamasında bildirib ki, müxalifətin işinə qarışmır: “Mən onların işinə qarışmıram. Seçkiylə bağlı ortaq söhbətlərimiz də olmayıb. Ona görə də bir söz deyə bilmərəm. Ümumiyyətlə, mən heç vaxt seçkiləri boykotun tərəfadrı olmamışam”.
KXCP sədri, Mirmahmud Fəttayev isə hələ bu barədə düşünmədiyini bildirib: “Qərar verməzdən əvvəl fikirləşmək lazımdır. Deyə bilmərəm. Oturub danışıb məsləhətləşilməlidir”-, deyə o bildirib.
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı isə seçkilərdə iştirakla bağlı yekun qərarın seçkilərə yaxın veriləcəyini deyib:“ Proseslər onu göstərir ki, ölkədə demokratik seçkilərin keçirilməsi üçün normal ab-hava yoxdur. Belə şəraitdə normal seçkilərin keçirilməsi mümkün də deyil. Lakin boykot qərarı ancaq seçki ərəfəsi verilə bilər. Bütün hallarda seçkilərə hazır olunmalıdır. İslahatlar isə onun tərkib hissəsidir”.