Bakıda və Abşeron yarımadasında fevralın 10-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan məlumata görə, mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 3-5, gündüz 7-9 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 755 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında fevralın 10-da hava şəraitinin bəzi yerlərdə yağıntılı olacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 0-5, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 6-11 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.